Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edilib


Digərləri 07 Avq 2018 17:47:00 197 0

Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edilib

Məlum dəyişiklik ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması ilə yanaşı, Dərnəgül NMM istiqamətində gedən avtobusların rahat hərəkətinə də imkan verəcək.

Bakı. Bu gündən paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Agentliyin mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsilə kəsişən hissəsində hərəkət birtərəfli təşkil edilib.