Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" evə buraxıldı


Şou-biznes 07 Avq 2018 17:30:00 244 0

Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" evə buraxıldı

Bir müddət əvvəl əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu haqda özü xəbər verib. O, bildirib ki, artıq evindədir:

"Allaha şükürlər olsun, mən artıq evimdəyəm. Xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar ziyarətimə gəldilər. İnşallah, yaxın günlərdə yenə də işimin başında olacam, gözəllərimin xınasını yaxacam".