Azərbaycan velosipedçisi qəzaya düşdü


İdman 07 Avq 2018 17:20:00 212 0

Azərbaycan velosipedçisi qəzaya düşdü

Azərbaycan velosipedçisi Sergey Omelçenko Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatında xoşagəlməz halla üzləşib.

Goal.az xəbər verir ki, Ukrayna əsilli trekçi keyrin yarışları zamanı qəzaya düşüb. Buna onun önündə gedən Macarıstan idmançısının yıxılması səbəb olub.

Nəticədə toqquşmadan qaça bilməyən Omelçenko mübarizəni dayandırıb.