Binəqədidə ali təhsilli gənclər üçün əmək yarmarkası keçirilib (FOTO)


Digərləri 07 Avq 2018 16:34:00 232 0

Binəqədidə ali təhsilli gənclər üçün əmək yarmarkası keçirilib (FOTO)

İşsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirilib

Bakı. Binəqədi rayon Məşğulluq Mərkəzi işsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, “İşçi axtarıram” adı altında keçirilən yarmarkada rayon ərazisində fəaliyyət göstərən 10 müəssisədən 80-dən çox vakant iş yeri təklif olunub. İş yeri təklif edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib.