Dolu elə yağdı ki, zooparkda heyvanlar öldü


Dünya 07 Avq 2018 15:53:00 260 0

Dolu elə yağdı ki, zooparkda heyvanlar öldü

ABŞ-ın Kolorado ştatında güclü dolu fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 15 nəfər xəsarət alıb.

Bildirilir ki, böyüklüyü tennis topu qədər olan dolu dənələrinin yağması nəticəsində cox sayda bina, eləcə də avtomobillərə ziyan dəyib.