Sahələri yandırıb qabağa düşmək istəyirlər, amma özlərinə ziyan vururlar


Digərləri 07 Avq 2018 15:31:00 435 0

Sahələri yandırıb qabağa düşmək istəyirlər, amma özlərinə ziyan vururlar

"Hər il Azərbaycanda taxıl biçildikdən sonra taxıl sahələri kütləvi şəkildə yandırılır. Bununla bağlı dəfələrlə marifləndirmə işləri aparılsa da, yenə də fermerlər bu işləri damam etdirirlər. Əslində isə, taxıl biçiləndən sonra sahənin yandırılması ciddi şəkildə yanlışdır. Bu, ekologiyanın, biomühitin məhvinə gətirib çıxarır, torpağın humus qatına çox böyük ziyan vurur. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün isə əlavə resurslar və uzun müddət lazımdır".

Son.az xəbər verir ki, bunu "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin mətbuat xidmətinin rəhbəri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib. 

Onun sözlərinə görə, fermerlər hesab eidlər ki, sahəni yandırmaqla ciddi məhsuldarlıq əldə edə, müəyyən xərclərdən yaxa qurtara biləcəklər. Əslində isə bu cür düşünmək tam yanlışdır: "Fermerlərin əksəriyyəti hesab edir ki, sahəni yandırmaqla həm sahəni asanca samandan təmizləyirlər, həm də zərərvericilərə qarşı guya səmərəli mübarizə aparırlar. Amma bunun çox böyük səhv olduğunu bilmirlər. Yadda saxlamaq lazımdır ki, sahədə qalan saman kütləsinin özü elə təbii gübrədir. O, sahəni münbitləşdirir, humus qatı ilə reaksiyaya girərək torpaqda münbit mühit yaradır. Çünki torpağın humus qatı öz-özünə əmələ gəlmir. O, müxtəlif bu cür bioloji çürüntülər nəticəsində yaranır. Sahəni yandıranda isə bitki örtüyü və torpağın üst qatındakı bütün mikroorqanizmlər tamamilə məhv olur. Ona görə də bu addım heç də fermerlərin hesab etdiyi kimi, torpaq üçün xeyirli deyil. Bitkilərin, çürüntülərin olması torpağın qidalanması üçün çox vacibdir.

Torpaq 3-4 ay, yəni sentyabr-oktyabr ayınadək dincə qoyulduğuna görə yağış yağış, zibil kimi gözə dəyən saman isə çürütüyə çevrilir və torpaq şumlanandan, çevrilib onun alt qatına keçəndən sonra onu qidalandırır. Buna aqrar elmdə üzvi gübrə deyirlər. Yəni bu təbii gübrədir, Allahın insanlara bəxş etdiyi bir nemətdir.