“110120 manata satırdım”


Digərləri 07 Avq 2018 15:37:00 282 0

“110120 manata satırdım”

Paytaxtda narkotik maddələrin satışı ilə məşğul olan şəxs ifşa olunub. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb. 

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23,631 qram heroin, metadon həbləri, 12,104 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, yaşadığı Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib: 

"Balaxanıda metamfetamin, heroin satırdım, qramı 110-120 manata. Özüm də narkotik istifadəçisiyəm".


Xəbərə aid fotolar