“Report”: Türk lirəsinin nəzərəçarpacaq dərəcədə bahalaşması mümkün deyil - ANALİTİKA


İqtisadiyyat 07 Avq 2018 15:22:22 159 0

“Report”: Türk lirəsinin nəzərəçarpacaq dərəcədə bahalaşması mümkün deyil - ANALİTİKA

Türkiyənin iri şirkətlərinin borc yükü artıb

Ötən gün Türkiyənin milli valyutası lirənin ABŞ dolları qarşısında məzənnəsi 6,3% azalaraq 5,34-ə düşdü. Türkiyənin səhm bazarındakı vəziyyəti əks etdirən “iShares MSCİ Turkey” indeksi isə 7,5% gerilədi.

“Report”un analitik qrupu bildirir ki, bu, adı çəkilən indeksin 2009-cu ildən bəri olan ən pis göstəricisidir.

Türiyənin yeni idarəetmə sisteminə keçməsi ilə bağlı siyasi risk gözləntilərinin artması, inflyasiya probleminin davam etməsi, xarici ticarət balansındakı kəsirin artması hələ də lirənin məzənnəsi və maliyyə bazarındakı xoşagəlməzliklərin fundamental səbəbləri kimi qalsalar da, hazırkı vəziyyət ABŞ-Türkiyə siyasi gərginliyidir.

Türkiyənin ABŞ-dan olan rahib Endryu Bransonu həbsdə saxlamasına cavab olaraq ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsinə, qonşu ölkəyə tətbiq edilən ticarət güzəştinin ləğv ediləcəyi gözləntilərinə baxmayaraq, rəsmi Ankaranın ölkə qanunvericiliyinə uyğun məhkəmə prosesinin olacağı ilə bağlı ismarıcları, tərəflər arasında siyasi gərginliyin və Türkiyə iqtisadiyyatı üzərində təzyiqin artmasına səbəb olub. Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almaq üçün ötən gün valyuta üzrə məcburi ehtiyat normasını aşağı salaraq bazara 2,2 mlrd. ABŞ dolları məbləğində likvidlik versə də, bu kifayət etməyib. Bu, bəlkə də qurumun bazarın tələbinə uyğun olaraq lazımi qərarı vaxtında verməməsi ilə bağlıdır. Lakin Türkiyə diplomatlarının yaranmış vəziyyətlə bağlı ABŞ-a səfər edəcəkləri xəbəri bu gün qonşu ölkədə 1 dolların 1,1% ucuzlaşaraq 5,27 lirə olmasına səbəb olub.

Bununla belə, Türkiyə hazırda ciddi fundamental iqtisadi probləmlərlə üz-üzədir. Bu ilin may ayının yekununda qonşu ölkənin xarici ticarət balansındakı kəsir 5,885 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 516 mln. dollar çoxdur. Üstəlik ölkədə qiymət artımının illik həddi 15,85%-ə çatıb. Bütün bunlar türk lirəsinin məzənnəsini daim təyqiz altında saxlayır.

Təbii ki, lirənin dəyər itirməsi xarici valyutalarda borclanan şirkətlərin borc yükünü artırdığından Türkiyənin özəl sektoru da hazırda yüksək borclanmadan əziyyət çəkir. Belə ki, keçən il mart ayına nisbətən bu ilin mart ayında Türkiyə şirkətlərinin xarici borcu 401 mln. dollar artıb. Lakin martda Türkiyədə 1 dollar 3,8 lirəyə bərabər idi. Hazırda özəl sektorun xarici valyutada olan borcu 225 mlrd. dollar təşkil edir. Bu il TRY/USD nisbətinin 3,79-dan 5,2-yə yüksəlməsi özəl sektorun borc yükünün təxminən 300 mlrd. lirə artması deməkdir. Bundan sonra qeyd olunan siyasi və iqtisadi problemler həll olunsa belə, lirənin nəzərəçarpacaq dərəcədə dəyər qazanması və özəl sektorun borc yükünün lirə ifadəsində azalması inandırıcı görünmür. Bu da öz növbəsində ölkədə fəaliyyət göstərən böyük şirkətlərin mənfəətinin azalması fonunda İstanbul Fond Birjasında (“Borsa İstanbul”) onların səhmlərinin ucuzlaşmasına səbəb olur.

Firəngiz Mütəllimova qardaşı ilə like
  • 07 Avq 15:21  
Şou-biznes Firəngiz Mütəllimova qardaşı ilə

Xalq artisti Firəngiz Mütəllimova qardaşı İlhamla birgə fotosunu paylaş

arrow Ətraflı
Rusiyalı turist Qobustan qoruğunda yıxıldı: like
  • 07 Avq 15:20  
Digərləri Rusiyalı turist Qobustan qoruğunda yıxıldı:

Azərbaycana gəzməyə gələn Rusiya vətəndaşı qoruq ərazisində yıxıla

arrow Ətraflı
İrana qarşı sanksiyalar qüvvəyə mindi like
  • 07 Avq 15:16  
Dünya İrana qarşı sanksiyalar qüvvəyə mindi

Amerikanın İrana tətbiq etdiyi sanksiyaların ilk paketi rəsmi olaraq qüvv

arrow Ətraflı
"İstənilən aqressiya cəzalandırıla bilər" like
  • 07 Avq 15:12  
Dünya "İstənilən aqressiya cəzalandırıla bilər"

"Tbilisi və dünyanın digər paytaxtları 2008-ci ilin avqust hadisələr

arrow Ətraflı
15 yaşlı qız ölüm ayağındakı sevigilisi ilə vidalaşdı like
  • 07 Avq 15:07  
Digərləri 15 yaşlı qız ölüm ayağındakı sevigilisi ilə vidalaşdı

15 yaşlı Stefanri Rey ölüm ayağındakı sevgilisi, 16 yaşlı Bleyk Uordla

arrow Ətraflı
Koloradoda dolu elə yağdı ki, zooparkda heyvanlar öldü like
  • 07 Avq 15:03  
Digərləri Koloradoda dolu elə yağdı ki, zooparkda heyvanlar öldü

ABŞ-ın Kolorado ştatında güclü dolu yağması fəsadlara yol açıb.

arrow Ətraflı
“Arvadı ilə aramda heç nə olmayıb” like
  • 07 Avq 15:03  
Digərləri “Arvadı ilə aramda heç nə olmayıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhdd

arrow Ətraflı
Günel mini ətəkdə fotosunu paylaşdı like
  • 07 Avq 14:59  
Şou-biznes Günel mini ətəkdə fotosunu paylaşdı

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var.

arrow Ətraflı
Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu like
  • 07 Avq 14:57  
Digərləri Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunu

arrow Ətraflı
Tehranda neft şirkətinin binasında yanğın olub, like
  • 07 Avq 14:54  
Dünya Tehranda neft şirkətinin binasında yanğın olub,

Tehranda neft şirkətinin binasında yanğın baş verib.  

arrow Ətraflı
Rəşad İlyasov övladları ilə fotosunu paylaşdı like
  • 07 Avq 14:50  
Şou-biznes Rəşad İlyasov övladları ilə fotosunu paylaşdı

Əməkdar artist Rəşad İlyasov övladları Leyla və Mirzə ilə birgə fotos

arrow Ətraflı
Sabiq deputatın evi qarət olundu like
  • 07 Avq 14:44  
Digərləri Sabiq deputatın evi qarət olundu

Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Ə

arrow Ətraflı
Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu like
  • 07 Avq 14:42  
Digərləri Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunu

arrow Ətraflı