Bakıda ağacların dibindən götürülən nümunələrin analizinin nəticələri məlum oldu


Digərləri 07 Avq 2018 15:29:00 249 0

Bakıda ağacların dibindən götürülən nümunələrin analizinin nəticələri məlum oldu

Bakıda ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələri məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib. Faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.