Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilib


Digərləri 07 Avq 2018 15:12:00 249 0

Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilib

Analizlərin nəticələri məlum olub

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib.