“Arvadı ilə aramda heç nə olmayıb”


Digərləri 07 Avq 2018 15:03:00 297 0

“Arvadı ilə aramda heç nə olmayıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə A.Abdullayev deyib ki, Süleyman Abdullayevi onu dəfələrlə təhqir etdiyi üçün vurub: "O, mənim arvadım haqda artıq-əskik danışırdı. Süleymana "sənə nə var, mənim üç uşağım var, əl çək bizdən dedim". Hətta mənə mesajlar da yazırdı. Onu bıçaqla necə vurduğum yadımda deyil". 

Zərərçəkmiş Süleyman Abdullayev isə hadisənin pul söhbəti üstündə baş verdiyini bildirib: "Onun arvadı ilə mənim aramda heç nə olmayıb".