Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu


Digərləri 07 Avq 2018 14:57:00 349 0

Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub.

Son.az xəbər veirr ki, bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.

Hadisə nəticəsində ağır xasarət alan digər şəxs, 1994-cü il təvəllüdlü Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.