Azercell Bərdədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib (FOTO)


Digərləri 07 Avq 2018 14:55:29 317 0

Azercell Bərdədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib (FOTO)

Üstəlik, hədiyyəli kampaniya müştəriləri orada gözləyir!

Bakı. Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və 4,5 milyonluq abunəçi ailəsinə daha keyfiyyətli xidmət təqdim etmək üçün “Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır. Bu dəfə Bərdə və ona yaxın regionlarda yaşayan Azercell-lilər şirkətin yeni konsepsiyalı mağazasından yararlana biləcəklər. MMC-dən Trend-ə verilən məlumata görə, avqustun 7-dən etibarən Bərdə şəhəri İsmət Qayıbov küçəsi, 8 ünvanında açılan yeni konsepsiyalı ofis abunəçilərin ixtiyarına verilib. Bərdə Eksklüziv mağazasının açılışı ilə əlaqədar 7-13 avqust tarixlərində həmin mağazadan yeni smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Tələsin! Hədiyyəli smartfonların sayı məhduddur!