Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu birgə fəaliyyət göstərəcək


Digərləri 07 Avq 2018 14:42:00 253 0

Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu birgə fəaliyyət göstərəcək

Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nazir müavini İlham Quliyev bildirib.

Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: "Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək".