Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Caspian Energy Forum Baku-2018"ə rəsmi dəstək göstərir


Digərləri 07 Avq 2018 14:40:35 253 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Caspian Energy Forum Baku-2018"ə rəsmi dəstək göstərir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqatın iştirak edəcəyi 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018"in təşkilinə rəsmi dəstək göstərir.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqatın iştirak edəcəyi 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018"in təşkilinə rəsmi dəstək göstərir. Bu barədə Trend-ə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Caspian European Club-un idarə heyətinin üzvləri ilə görüş çərçivəsində bu forumun təşkilini yüksək qiymətləndirərək tədbirdə iştirak edəcəyini qeyd edib. Gömrük Komitəsi dünyanın 50 ölkəsindən 1500-dən çox deleqatın qatılacağı 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018”in təşkilinə rəsmi dəstək göstərir.