Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu


Digərləri 07 Avq 2018 14:42:00 329 0

Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub.

Bakı. Samir Əli - Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub. Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.