Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirildi


Digərləri 07 Avq 2018 14:32:00 306 0

Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirildi

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində iyulun 30-dan avqustun 5-dək 13763 ümumi müraciət daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.