Yay başlayandan 27 nəfəri ilan sancıb,


Digərləri 07 Avq 2018 14:18:00 293 0

Yay başlayandan 27 nəfəri ilan sancıb,

Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilkin tibbi yardımdan sonra hospitalizasiya ediliblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu statistik göstəricilər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqladığı məlumatda qeyd olunub.

Eləcə də məlumatda qeyd olunur ki, günvurma hallarının sayı 102, hospitalizasiya 65, suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olunub.