Bügünkü hərracda mədəniyyət evi özəlləşdirildi (FOTO)


Digərləri 07 Avq 2018 14:18:00 251 0

Bügünkü hərracda mədəniyyət evi özəlləşdirildi (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. ƏMDK-dən Trend-ə verilən məlumata görə, ümumi faydalı sahəsi 236 kvadratmetr olan Biləsuvar rayonunda yerləşən Bağbanlar kənd Mədəniyyət evi torpaq sahəsi ilə birgə özəlləşdirilib. İştirakçı bu dövlət əmlakı üçün 15 min manat ödəyib. Hərracda özəlləşdirilən daha bir daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən qeyri-yaşayış sahəsidir. Xidmət obyekti kimi istifadəyə imkan verəcək bu obyektin ümumi faydalı sahəsi 47,8 kvadratmetr, investor tərəfindən ödənilən qiyməti isə 15 min manat olub.