Villa tikən Xuraman Şuşalı:


Şou-biznes 07 Avq 2018 13:45:00 726 0

Villa tikən Xuraman Şuşalı:

Müğənni Xuraman Şuşalı villa tikdirir.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda açıqlamasında sənətçi özü deyib. O bildirib ki, illərdir bağ evi almağı arzulayır:

"Amma hələ də ala bilməmişəm. Əvəzində isə böyük ev tikdirirəm. Yoldaşımla qazandığımızı o evə qoyuruq. Ev o qədər böyükdür ki, yarımçıq qalıb".

Xuraman yay istirahətindən danışıb. İfaçı Maldivə istirahətə getmək istədiyini, amma arzusunun ürəyində qaldığını bildirb:

"Yaxşı dincəldim. İndi də Nabrandayam. Bu ay 1 həftəlik Maldivə getmək istəyirdim. Bir ailəmlə, bir də qızlarla plan qurdum. Amma fikirləşdim ki, ailəmlə uzaq yola çıxmayım. Natavan Həbibiyə dedim, yazdı işlərim çoxdur. Beləcə arzum qaldı.