"Cəhənnəmdən keçdim..."


Digərləri 07 Avq 2018 13:39:00 212 0

"Cəhənnəmdən keçdim..."

"Rumi və Seraya hamilə olanda çəkim təqribən 100 kq ili. Toksikoz bədənimi böyütmüş, şar kimi şişirtmişdi. Həmin vaxt düz bir ay çarpayıya məhkum oldum. Səhhətim və bətnimdəki əkizlərin sağlamlığı təhlükədə idi. Ona görə təcili qeysəriyyə əməliyyatına əl atıldı. Əkizlərim belə doğuldu".

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls "Vogue" jurnalına verdiyi müsahibəsində belə deyib.

36 yaşlı Beyonsenin dediyinə görə, doğuşdan sonra Rumi və Sera bir neçə həftə reanimasiya bölməsində qalıblar.

"Qeysəriyyə kəsimindən sonra hiss etdim ki, bədənim dəyişib. Formama qayıtmaq üçün rasiondan əti və ət məhsullarını çıxardım, vegetarian oldum. Daha kök bədənimlə barışmalı oldum. Hələ də kiçik "analıq qarnım" qalıb", - Beyonse söyləyib.

Beyonsenin "Vogue" üçün fotosessiyasını 23 yaşlı Tayler Mitçell çəkib. Bu, "Vogue"un tarixində ilk dəfəlir ki, jurnalın üz qabığının fotosunu qaradərili fotoqraf çəkib.


Xəbərə aid fotolar