"Taksi"nin ulduzu Moskvada döyüldü


Digərləri 07 Avq 2018 13:24:00 257 0

"Taksi"nin ulduzu Moskvada döyüldü

"Taksi" franşizasındakı rolundan sonra məşhurlaşan fransız aktyor Samir Naseri Moskvada döyülüb.

Son.az MK-ya istinadən bildirir ki, insident avqustun 5-də Moskvanın mərkəzindəki "Voice" karaoke-barda baş verib.

Aktyor barda qardaşı Bibi Naseri ilə istirahət edirdi. Onlar müştərilərdən biri ilə mübahisə ediblər.

Müştəri Samir Naserinin üzünə yumruq zərbəsi endirib.