Qarabağ'a görə BATE-nin oyunu təxirə salındı


İdman 07 Avq 2018 13:28:00 300 0

Qarabağ'a görə  BATE-nin oyunu təxirə salındı

"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi BATE-nin Belarus kubokundakı matçı təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə  Borisov klubunun 1/8 finalda qarşılaşacağı "Qorodeya”nın "Twitter” səhifəsi məlumat yayıb. Avqustun 11 və ya 12-də oynanılmalı olan görüşün vaxtının başqa tarixə keçiriləcəyi bildirilib.

Dəyişikliyin BATE-nin "Qarabağ”la ev oyunu ilə əlaqədar olduğu ehtimal edilir.

Qeyd edək ki, "Qarabağ" bu gün BATE-ni qəbul edəcək. Cavab qarşılaşması isə avqustun 14-ü Belarusda oynanılacaq. Hər iki matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.