ETSN xəbərdarlıq etdi - Avqustun 12-dək havanın temperaturu aşağı enəcək


Digərləri 07 Avq 2018 13:17:00 278 0

ETSN xəbərdarlıq etdi - Avqustun 12-dək havanın temperaturu aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustin 9-11-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustin 9-11-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.