Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün vahid tariflər müəyyən olundu


Digərləri 07 Avq 2018 13:19:00 362 0

Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün vahid tariflər müəyyən olundu

"0,4 kilovolt gərginlikli mövcud şəbəkədən öz mənzilinə 20 kilovattadək birfazalı elektrik şəbəkəsi çəkmək niyyətində olan abonentlər üçün vahid tariflərin tətbiq olunması ümumilikdə bu xidmətlərin dəyərini azaltmağa imkan verəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında "Azərişıq" ASC-nin Perspektiv inkişaf və "ASAN xidmət"lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

Bundan başqa, iyul ayının sonundan etibarən "Azərişıq" abonentlərin enerji təminatı sxemini dəyişib. Onun sözlərinə görə, birfazalı şəbəkədən üçfazalı şəbəkəyə keçid, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində sayğacların dəyişdirilməsi kimi xidmətlər yalnız "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilir.