Naftalanda 200220 nəfərlik yeni sanatoriya tikilir


Digərləri 07 Avq 2018 13:00:00 262 0

Naftalanda 200220 nəfərlik yeni sanatoriya tikilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə Naftalan şəhərində 200-220 nəfərlik yeni sanatoriya tikilir.

Son.az xəbər verir ki, AHİK-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrində müalicə olunan vətəndaşlarla görüşündə deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə kurortların inkişafına dair dövlət proqramı hazırlanıb: "Dövlət Proqramı ilə əlaqədar AHİK sanatoriyaların tikintisi və təmiri işlərini aparır. Bu gün sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır".


Xəbərə aid fotolar