Yasamalda sökülən evlərə görə verilən kompensasiyanın


Digərləri 07 Avq 2018 12:43:00 263 0

Yasamalda sökülən evlərə görə verilən kompensasiyanın

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) paytaxtın Yasamal rayonunda yeni yolun çəkilməsi ilə bağlı görülən işlərlə əlaqədar məlumat yayıb.

Son.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, yeni yolla bağlı artıq 75 evin söküntüsünə başlanılıb: "Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərindən çıxarılıb və söküntüyə başlanılıb".

A.Nəcəfli bildirib ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir: "Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq".