Yevlaxda avtomobil piyadanı vuraraq öldürdü


Digərləri 07 Avq 2018 12:45:00 225 0

Yevlaxda avtomobil piyadanı vuraraq öldürdü

Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hərəkətdə olan KİA markalı avtomobil yolu keçmək istəyən piyada, Ağdam rayonundan məcburi köçkün olan, 1973-cü il təvəllüdlü Elzamin Mübariz oğlu Əliyevi vurub. 

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.