28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib


Digərləri 07 Avq 2018 12:08:00 231 0

28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, saat 11.00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas qrupu üzrə 247 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 692 nəfərdir.