AZAL növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb


Digərləri 07 Avq 2018 12:09:00 211 0

AZAL növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb

"Skytrax" şirkəti Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.

Bakı. Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bu onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir.