“BakuBus” avtobuslarında tapılan sənəd və əşyalar sahiblərinə təhvil verilir (FOTO)


Digərləri 07 Avq 2018 11:31:00 268 0

“BakuBus” avtobuslarında tapılan sənəd və əşyalar sahiblərinə təhvil verilir (FOTO)

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyaların sahiblərinə qaytarılması işini davam etdirir.

Bakı. “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyaların sahiblərinə qaytarılması işini davam etdirir. MMC-dən Trend-ə verilən məlumata görə, iyul ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan 7 ədəd çanta, 5 ədəd telefon, 2 ədəd dəmir avadanlıq, 1 ədəd pulqabı, 1 ədəd kitabça və 1 ədəd iş kartı sahibinə təhvil verilib. Həmçinin, iyulda avtobuslarda unudulan (itirilən) Cəmilə Ələsgər qızı Mustafayeva, Aytac Abisalam qızı Əliyeva və Naibə Nazim qızı Aboyevaya məxsus şəxsiyyət vəsiqələri, Ruslan Arzum oğlu Muradova məxsus pasport, Nicat İzzət oğlu Hüseynov və Rəhim Yusif oğlu Əliyevə məxsus tələbə biletləri, Firuzə Sabir qızı Rəhimova, Samirə Ağasəlim qızı Dadaşova və Fərid Məmməd oğlu Yusifova məxsus sənəd üçün qablar, Rüfət Aslanov, Arif Həsənov və Dilruba Əsgərzadəyə məxsus bank kartları, İlkin Marif oğlu Hüseynova məxsus iş kartı və 1 ədəd “BakıKart”, eləcə də sahibləri məlum olmayan əşyalar hazırda “BakuBus” MMC-dədir.