Bakıda kişi sevgilisinə 100 min “atıb”


Digərləri 07 Avq 2018 10:57:00 217 0

Bakıda kişi sevgilisinə 100 min “atıb”

Bakıda bir kişi külli miqdarda pulu fırıldaq yolu ilə ələ keçirib.

Son.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"-a Yasamal rayon Polis İdarəsindən məlumat veriblər.

Cinayətin qurbanı 1978-ci il təvəllüdlü paytaxt sakini E.Rəsulova olub. Qadın avqustun 4-də sözügedən rayonun 26-cı polis bölməsinə müraciət edib. Onun sözlərinə görə, bu ilin yanvarında sevgilisi, 1956-cı il təvəllüdlü M.Seyidov onda 100 min manat pulun olmasından xəbər tutub. Seyidov qadına yalvarıb ki, pulu ona restoran almaq üçün versin. Zərərçəkənə də söz verib ki, nəinki pulu qısa müddətdə geri qaytaracaq, həm də ona restoranın fəaliyyətindən əldə olunan gəlirdən faiz veriləcək.