Yeni Premium mənzillərin satışı başlayır (VİDEO)


Digərləri 07 Avq 2018 10:54:00 243 0

Yeni Premium mənzillərin satışı başlayır (VİDEO)

Kristal Abşeron daha bir müasir layihəni müştərilərə təqdim edir.

Bakı. Kristal Abşeron daha bir müasir layihəni müştərilərə təqdim edir. Söhbət ilin sonuna kimi təhvil veriləcək “İnqilab Residence” layihəsindən gedir. Hər bir layihədə olduğu kimi Kristal Abşeron burada da müştəri məmnuniyyətinə üstünlük verir. Getmək istədiyiniz hər bir məkan evinizin bir addımlığında İnqilab Residence layihəsi Bakı şəhərinin ən prestijli küçələrindən hesab edilən Həsən Əliyev küçəsində yerləşir. Bina ictimai-iaşə obyektlərinin, uşaq bağçası, məktəb, supermarket, klinika, ASAN xidmət, universitet, bank ofislərinin yaxınlığında yerləşir. Eyni zamanda buradan Tbilisi prospektinə keçidlə şəhərin istənilən nöqtəsinə asan hərəkət etmək mümkündür. Başqa sözlə, layihə ilə bağlı elə bir ərazi seçilib ki, sakinlərin gündəlik qayğılarını təmin etmək üçün istifadə edəcəkləri hər bir məkan mənzilin bir addımlığında yerləşir. Hündür tavan və panoramik pəncərələr Mənzillərə gəlincə, burada hər bir detal müştərilərin ürəyincə olacaq. Bunu ona görə əminliklə deyirik ki, Kristal Abşeron bütün layihələrdə təmir-tikinti işlərində kefiyyətə xüsusi diqqət yetirir. Təmir-tikinti işləri beynəlxalq standartlara uyğun aparılır. İstifadə edilən tikinti materialları Avropa ölkələrinin istehsalıdır. Müasir görünüşlü fasada sahib olan bina daş yunu ilə izolyasiya edilib. Hündür tavan və panoramik pəncərələr mənzillərə xüsusi gözəllik bəxş edir.