Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır


Sosial 07 Avq 2018 10:46:17 61 0

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək

Avqustun 15-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada- mektebeqebul.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Azərbaycan Beynəlxalq Bankı və "ASAN kadr" karyera mərkəzi birgə layihəyə start verir like
  • 07 Avq 10:41  
Digərləri Azərbaycan Beynəlxalq Bankı və "ASAN kadr" karyera mərkəzi birgə layihəyə start verir

Sosial Media Marketinqinin (SMM) bütün dünyada sürətli inkişafını, əmə

arrow Ətraflı
Leonardo Di Kaprionun yeni sevgilisi var like
  • 07 Avq 10:39  
Digərləri Leonardo Di Kaprionun yeni sevgilisi var

Məşhur aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio yeni sevgilisi Kamila Morron

arrow Ətraflı
Xanəndələrin ölümü ilə bağlı like
  • 07 Avq 10:38  
Digərləri Xanəndələrin ölümü ilə bağlı

Bərdədə törədilən dəhşətli qətl və intiharın düyünləri açıqlama

arrow Ətraflı
35 minə yaxın şəxsin pensiyası artırıldı like
  • 07 Avq 10:36  
Digərləri 35 minə yaxın şəxsin pensiyası artırıldı

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37

arrow Ətraflı
İran sanksiyalara az qalmış alman bankından like
  • 07 Avq 10:34  
Dünya İran sanksiyalara az qalmış alman bankından

ABŞ-ın İrana qarşı təkrar sanksiyalarının qüvvəyə minməsinə bir ne

arrow Ətraflı
Bu yollarda təmir və rənglənmə işləri aparılır like
  • 07 Avq 10:32  
Digərləri Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45 k

arrow Ətraflı
Norm Sement zavodunun Baş direktoru Henning Sasse – like
  • 07 Avq 10:30  
Digərləri Norm Sement zavodunun Baş direktoru Henning Sasse –

Hazırda tikinti materialları dükanlarını Norm məhsulları olmadan təsəvv

arrow Ətraflı
Arvadını başqa kişi ilə intim əlaqədə tutdu like
  • 07 Avq 10:28  
Dünya Arvadını başqa kişi ilə intim əlaqədə tutdu

Başqa bir kişi ilə cinsi əlaqədə olarkən əri tərəfindən yaxalanan qad

arrow Ətraflı
Kolumbiyanın sabiq prezidenti xalqı ilə vidalaşıb: Gedirəm, amma... like
  • 07 Avq 10:23  
Digərləri Kolumbiyanın sabiq prezidenti xalqı ilə vidalaşıb: Gedirəm, amma...

Vəzifəsindən gedən Kolumbiya prezidenti Xuan Manuel Santos xalqı qarşısı

arrow Ətraflı
Şabranda meşə yanğınının qarşısı alınıb like
  • 07 Avq 10:22  
Digərləri Şabranda meşə yanğınının qarşısı alınıb

Şabranda meşə yanğınının qarşısı alınıb.

arrow Ətraflı
Lalə Məmmədova tam fərqli görünüşdə like
  • 07 Avq 10:20  
Şou-biznes Lalə Məmmədova tam fərqli görünüşdə

Əməkdar artist Lalə Məmmədova görünüşündə dəyişiklik edib.

arrow Ətraflı
Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub like
  • 07 Avq 10:18  
Digərləri Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin q

arrow Ətraflı
Narkotik bitki yetişdirirdi like
  • 07 Avq 10:16  
Digərləri Narkotik bitki yetişdirirdi

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a bildiriblər ki, da

arrow Ətraflı