Avro, rubl, lirə, tümən çökür Manatı nə gözləyir?


Digərləri 07 Avq 2018 10:44:00 329 0

Avro, rubl, lirə, tümən çökür  Manatı nə gözləyir?

Dolların milli valyutalara təzyiqi artır.

Dolların milli valyutalara təzyiqi artır.

"Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5,27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etsə də, Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir. Cənub qonşumuzda (İranda) isə "dollar panikası" yaşanır. Lirənin ucuzlaşması Türkiyə ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiyanın tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır. Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makroiqtisadi göstəricilərini elan etməsi ilə əlaqədardır. Nəticələrin gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır".

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert qonşu ölkələrdəki valyuta böhranı fonunda manatın məzənnəsinin necə dəyişə biləcəyi ilə bağlı mülahizələrini də açıqlayıb: "Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1,8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dollara tələbin artdığından xəbər verir.