Ötən ay anomal istilərə görə kondisionerlərə tələbat da yüksək olub, qiymət də - Bu ay durum dəyişdi...


Digərləri 07 Avq 2018 10:41:00 244 1

Ötən ay anomal istilərə görə kondisionerlərə tələbat da yüksək olub, qiymət də - Bu ay durum dəyişdi...

Bakıda kondisionerlərin qiyməti ucuzlaşmağa başlayıb.

Bakı. Elçin Mehdiyev - Bakıda kondisionerlərin qiyməti ucuzlaşmağa başlayıb. Bu barədə Trend-ə bu sahədə fəaliyyət göstərən şirkətdən bildirilib. Qeyd olunub ki, iyul ayında havaların çox isti keçməsi ilə əlaqədar kondisionerlərə tələbatın artması müşahidə olunub və bu da öz növbəsində qiymət artımına gətirib çıxarıb. Şirkət nümayəndəsi həmin müddətdə kondisionerlərin orta qiymətinin 30 faizdən çox artmasını qeyd edib: "Lakin son həftələr havaların anomal istilərdən sonra bir qədər mülayimləşməsi qiymətlərə təsirini göstərib. Hazırda kondisionerlərin orta qiymətində təqribən 20 faizə qədər azalma müşahidə olunur".