Azərbaycan Beynəlxalq Bankı və "ASAN kadr" karyera mərkəzi birgə layihəyə start verir


Digərləri 07 Avq 2018 10:47:01 275 0

Azərbaycan Beynəlxalq Bankı və "ASAN kadr" karyera mərkəzi birgə layihəyə start verir

Sosial Media Marketinqinin (SMM) bütün dünyada sürətli inkişafını, əmək bazarında SMM mütəxəssislərinə getdikcə güclənən tələbatı nəzərə alaraq Azərbaycan gənclərinin bu peşəyə yiyələnməsinə və uğurlu karyera qurmasına dəstək məqsədilə #SMM2018 Business Breakfast layihəsinin icrasına başlanılır.

Bakı. Sosial Media Marketinqinin (SMM) bütün dünyada sürətli inkişafını, əmək bazarında SMM mütəxəssislərinə getdikcə güclənən tələbatı nəzərə alaraq Azərbaycan gənclərinin bu peşəyə yiyələnməsinə və uğurlu karyera qurmasına dəstək məqsədilə #SMM2018 Business Breakfast layihəsinin icrasına başlanılır. Artıq 3 ildir ki təşkil olunan #SMM Business Breakfast layihəsi çərçivəsində bu il Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı ilə gənclər üçün 2 aylıq ödənişsiz SMM təlimi keçiriləcək. Burada ölkənin tanınmış SMM mütəxəssisləri 2 ay ərzində gənc iştirakçılara bu sənətin incəliklərini öyrədəcəklər. İştirakçılar komanda quruculuğu, brend hekayəsinin yaradılması, SMM biznesi, sosial şəbəkə hesablarının idarə olunması, brendin tanıdılmasının üsul və vasitələri, kontentin hazırlanması, sosial mediada sosial məsuliyyət, KSM layihələri, qrafik dizayn, bank sektorunda ictimaiyyətlə əlaqələr, bank sektorunda rəqəmsal marketinq, vloggerlik, influencer marketinq və s. bu kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.