İran sanksiyalara az qalmış alman bankından


Dünya 07 Avq 2018 10:34:00 297 0

İran sanksiyalara az qalmış alman bankından

ABŞ-ın İrana qarşı təkrar sanksiyalarının qüvvəyə minməsinə bir neçə saat qalmış bu ölkənin hökuməti Almaniyanın "Bundesbank"ından 300 milyon avro nəğd pul çıxarmaq və təyyarə ilə Tehrana aparmaq istəyib. Lakin ABŞ-ın işə qarışmasından sonra bu əməliyyatın qarşısı alınıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, sanksiyaların qüvvəyə minməsi ərəfəsində İran hökuməti "Bundesbank"a müraciət edərək ona məxsus olan 300 milyon avronu (100 avroluq kupyurlarla 3,2 ton ağırlığında) nəğd şəkildə çıxarmaq və təyyarəyə yükləyərək aparmaq istədiyini çatdırıb. Əvvəlcə "Bundesbank" pulları verməyə razılaşıb, lakin ABŞ-ın işə qarışmasından sonra şərti dəyişib.

"Biz alman hökumətindəki tərəfdaşlarımza minnətdarıq ki, onlar İranın destruktiv hərəkətinin qarşısını almağın zəruriliyini təsdiq ediblər. "Bundesbank"ın əməkdaşlıq şərtlərini sərtləşdirməsi nəticəsində nəğd pulların təyyarə ilə Berlindən Tehrana aparılmasının qarşısı alınıb"-ABŞ-ın Almaniyadakı səfirliyinin bəyanatında belə deyilir.