Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub


Digərləri 07 Avq 2018 10:18:13 216 0

Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

Bakı. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.