"O yaxşı qadın deyil, evə kişi gətirir"


Dünya 07 Avq 2018 09:32:00 319 0

"O yaxşı qadın deyil, evə kişi gətirir"

Eyni binada yaşayan iki qadının "evə kişi gətirdin" davası məhkəməyə qədər uzanıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, İstanbulda eyni binada yaşayan iki qadından Çiğdem B. ərindən boşandıqdan sonra eyni mənzildə yaşamağa davam etdiyini bildirərək, qonşusu Sevgi K.-nın ona iftira atdığını deyib.

Çiğdem B. "Boşandıqdan sonra Sevgi K. qonşularıma mənim haqqımda "O yaxşı qadın deyil. Evinə kişi gətirir" deyirmiş. Öz ailəmdən də Sevgi K.-nın bu ifadələrini eşidəndə əsəbiləşdim. Özündən niyə haqqımda bu cür dediqodular etdiyini soruşdum. Mənə hücum edərək paltarımı cırdı, təhqir etdi" deyib.


Xəbərə aid foto