Bakıda yeni Abad həyət və məhəllələr yaradılır


Digərləri 07 Avq 2018 09:37:00 273 0

Bakıda yeni Abad həyət və məhəllələr yaradılır

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanılıb.

Son.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır.

Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.


Xəbərə aid fotolar