Müğənni Pink xəstəxanaya yerləşdirilib


Digərləri 07 Avq 2018 08:58:00 235 0

Müğənni Pink xəstəxanaya yerləşdirilib

Amerikalı müğənni Pink virusa yoluxma səbəbindən Sidneydə xəstəxanaya yerləşdirilib.

Son.az "Report"a istinadən bildirir ki, müğənni avqustun 6-da xəstəliyə görə Sidneydəki şounu təxirə salıb.

Eyni zamanda, Pink avqustun 3-də xəstəlik səbəbindən "Beautiful Trauma" adlı dünya turu çərçivəsində ilk konsertini təxirə salıb.

İki gündən sonra müğənni bədənin susuzlaşması diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin bir sutkadan sonra evə buraxılıb.