Apple imtina edə bilər


Digərləri 07 Avq 2018 08:15:00 221 0

Apple imtina edə bilər

Apple şirkətinin öz smartfonlarında ənənəvi 3.5 mm-lik audiogirişdən imtina etməsi mübahisəli hal idi. Lakin Lightning-dən 3.5 mm-lik girişə olan keçid naqili vəziyyəti düzəldirdi. Görünür, Apple şirkəti artıq bu keçid naqilindən də imtina edəcək. Bu barədə Cult of Mac saytı xəbər verib. Sonuncu hesabata əsasən Apple şirkəti bu keçid naqilini öz smartfon komplektlərinə yerləşdirilməsindən imtina edəcək. Beləliklə iPhone 2018 modelinin alıcıları artıq bu keçid naqilini smartfon komplektində əldə etməyə bilərlər.

Son.az technote.az-a istinadən bildirir ki, bununla belə Apple şirkəti bu naqili əlavə olaraq əldə etmək imkanını saxlayacaq. Qeyd etmək lazımdır ki, sözügedən keçid naqilinin qiyməti 9$ təşkil edir. Lakin Apple istəyir ki, insanlar artıq naqilli aksessuarlardan naqilsiz variantlara keçid etsinlər. Söhbət, Bluetooth qulaqlıqlardan gedir. Lakin insanlar tamamilə fərqli düşüncədədirlər. Bir çoxlarının fikrincə yüksək keyfiyyətli naqilli qulaqlıqlar daha yaxşıdır. Bundan əlavə olaraq qulaqlığın naqilsiz olmağı çox zaman onun yüksək qiymət göstəricisinə sahib olması deməkdir. Bazarda isə yüksək keyfiyyətli və ucuz Lightning qulaqlıqların sayı o qədər də çox deyil.