Tehran və Bakının yeni iqtisadi planları var


Digərləri 07 Avq 2018 08:04:00 241 0

Tehran və Bakının yeni iqtisadi planları var

Tehran və Bakı İran-Azərbaycan İqtisadi İnkişaf Mərkəzi yaratmağı planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Nəqliyyat və Logistika Federasiyasının baş katibi Məhəmməd Eyqarlu deyib.

M.Eyqarlunun sözlərinə görə, mərkəzin yaradılması qərarı bu yaxınlarda iki ölkə nümayəndələri arasında keçirilmiş birgə ticarət görüşündə qəbul edilib.

Baş katib qeyd edib ki, bu cür mərkəz İran və İraq arasında yaradılıb və yaxşı nəticələr verib.