Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb


Dünya 06 Avq 2018 23:50:00 284 0

Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb

Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.

Son.az report.az-a istinadən bildirir ki, 30 yaşlı kişinin nəşini qonşuları onun evində aşkar ediblər.

Tapılan zaman Sançesin başında polietilen paket olub. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

2013-cü ildə Maduronun andiçmə mərasimində Sançes mühafizəçini aldadaraq prezidentin olduğu tribunaya çıxıb. O, siyasətçini qucaqlayıb və ondan kömək istəyib.