Bakıda şirkət rəhbəri onlarla vətəndaşın pulunu mənimsəyib İpoteka dələduzluğu VİDEO


Digərləri 06 Avq 2018 23:34:00 288 0

Bakıda şirkət rəhbəri onlarla vətəndaşın pulunu mənimsəyib  İpoteka dələduzluğu  VİDEO

İpoteka ilə ev almaq istəyənlərin sayının çoxalması dələduzları bu sahəyə də yönəldib.

Son.az bildirir ki, fırıldaqçılar tək şəxsiyyət vəsiqəsi ilə kredit adıyla vətəndaşları aldadırlar.

Bir qrup vətəndaş bir şirkət tərəfindən aldadıldıqlarını iddia edib. Məsələni araşdırdıqda isə olduqca maraqlı detallar üzə çıxıb.

Min bir əziyyətlə ev almaq üçün pul yığan bir neçə vətəndaş dələduzluq edən şirkətin qurbanı olub. Uzun müddətdir özünə ev almaq istəyən, lakin tam məbləğə gücü çatmayan Vüsal Həsənov internetdə "SN Group" adlı bir səhifə ilə rastlaşır. Burada tək şəxsiyyət vəsiqəsi ilə ipoteka kreditinin verilməsi ilə bağlı yüngül şərt vətəndaşa cəlbedici görünür.

Vüsal Həsənov deyir ki, sənədləri topladıqdan sonra özünü "SN Group" şirkətinin direktrou kimi təqdim edən Aydın İsmayılovla müqavilə bağlayır. Daha sonra Aydın İsmayılov vətəndaşdan ilkin ödəniş və şirkətin komisiyya haqqını ödəməsi üçün banka göndərib və yenidən görüşmələrini təklif edib.

Növbəti gün Vüsal Həsənov görüş üçün deyilən yerdə olsa da, Aydın İsmayılov gəlməyib. Və orda məlum olub ki, onu kimi bir neçə vətəndaş da eyni qaydada şirkətə pul ödəyib.