İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb


Dünya 06 Avq 2018 23:39:00 245 0

İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb

İspaniyada istilər nəticəsində ölənlərin sayı son məlumatlara görə, 6 nəfərə çatıb.

Son.az report.az-a istinadən bildirir ki, 81 yaşlı Miajadas sakini (Kaseres əyaləti, Ekstremadura muxtar rayonu) xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, rəsmi olaraq bu muxtar rayonda istilərin qurbanı olan yeganə şəxsdir.

Lakin Mülki Qvardiya Kanyaveral bələdiyyəsi ərazisində (Kaseres əyaləti) yolda 40 yaşlı turistin ölü tapıldığını xəbər verib.