İctimai nəqliyyatda aqressiv insanlarla necə davranmalıyıq?


Digərləri 06 Avq 2018 23:12:00 273 0

İctimai nəqliyyatda aqressiv insanlarla necə davranmalıyıq?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər birimiz gün ərzində bir dəfə də olsa, aqressiv insanlarla qarşılaşırıq. Ünsiyyətdə olmasaq belə, onlar neqativ enerjiləri ilə bizə təsir edə bilirlər. Aqressiv insanlarla sözün "çəp" gəldikdə isə əsl fəlakət başlayır. Ən sakit insan belə, sinirlərini cilovlaya bilmir və münaqişəyə girir. Bu hal xüsusilə ictimai nəqliyyatda daha çox baş verir. Son vaxtlar sürücü-sərnişin davaları da problemi pik həddə gətirib. Demək olar ki, avtobus, metrodan istifadə edən hər kəs gün ərzində bir neçə dəfə aqressiv insanlarla qarşılaşırlar. Bəs nə etməliyik? Aqressiv insanlarla necə davranmalıyıq? Sualın cavabını psixoloq Orxan Orucla müzakirə etdik.

Həmsöhbətimiz deyir ki, aqressiya insan daxilində yığılıb qalan emosiyaların büruzə verilməsidir. İnsan daxili gərginliyini çölə vuran zaman bu hal baş verir: "İnsan daim gərginlikdə olanda onda aqressiya formalaşır. Xüsusilə də çox işləyən və gərginlikdən istirahət edə bilməyən adamlar aqressiyanın qurbanına çevrilirlər. Rejimsiz həyat, yuxusuzluq aqressiyanı formalaşdırır".


Xəbərə aid foto