Bir dəlinin "atdığı daşa" görə yüz ağıllının göstərdiyi səy


Digərləri 06 Avq 2018 22:53:00 282 0

Bir dəlinin "atdığı daşa" görə yüz ağıllının göstərdiyi səy

Və ya bir turistə qarşı edilən hörmətsizliyin, bütöv bir ölkə, xalq haqqında mənfi münasibət formalaşdırmasının fəsadları 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bir iraqlı turist ilə 2 ay əvvəl təsadüfən tanış oldum. Bizim küçələrdə onu bomja bənzətdikləri üçün kimdən söz soruşmaq istəyirdisə, hamı ondan qaçırdı. Yaxınlaşdım, söhbətləşdik. Adam universitet rektoru idi və kifayət qədər də unikal, savadlı insandır".       Son vaxtlar gündəmdə olan, sosial şəbəkədə müzakirə edilən mövzulardan biri də turistlərə olan münasibətdir. Əlbəttə, heç bir məsələyə birmənalı yanaşma olmadığı kimi, turistlər mövzusunda da yanaşmalar fərqlidir. Yadımdadır, turistlərin ölkəmizə yeni axın etdiyi vaxtlarda, yəni bir neçə il əvvəl bunu müsbət qarşılayıb, ölkəmizin tanınması, iqtisadi inkişaf baxımından yüksək qiymətləndirmişdik. Bəs nə dəyişdi? Necə oldu ki, fırıldaqçılıq edib onlardan artıq pul alan, turistlərə qarşı dələduzluq edən, onları ələ salan insanların fikirlərini sosial şəbəkələrdə paylaşıb, belə əməlləri təqdir dənə cəmiyyətə çevrildik?  Budur bizim qonaqpərvərliyimiz, ölkəyə gələnə verdiyimiz dəyər? Bu gün bir turistə qarşı edilən yanlış bir hərəkət, bütöv bir ölkə, xalq haqqında mənfi münasibət formalaşdırır. Çünki onlar bunu fərdin yox, ümumi olaraq ölkənin mədəniyyət səviyyəsi kimi qiymətləndirirlər.