İşsiz pul əskinaslarından ev tikdi FOTO


Digərləri 06 Avq 2018 22:26:00 402 0

İşsiz pul əskinaslarından ev tikdi  FOTO

İrlandiyadan olan işsiz rəssam Frenk Bakli Dublin şəhərində özünə ev tikib. Ev rəssam 1,4 milyard avroya başa gəlib. Bəs təvəzökar rəssam bu pulları haradan əldə edib? Hər şey çox sadədir - pulları İrlandiya Mərkəzi Bankı ona verib. Eyni zamanda, Frenk bunun üçün uzunmüddətli kreditə girməli olmayıb, pullar ona asanlıqla verilib. Axı bu əskinaslar "zərərsizləşdirilməyə" göndərilirdi. 

Son.az oxu.az-a istinadən bildirir ki, bu evi tikmək fikri rəssamda təsadüfən yaranıb, o, parçalanmış pul əskinaslarından istifadə etməklə rəsm çəkirdi. Frenk bu rəsm üçün materialları yerli Qəpik sarayından götürüb. Buradakı pullar o qədər xırda hissələrə parçalanıb ki, onların heç bir ödəmə qabiliyyəti olmayıb. Burada o fikirləşdi ki, bu materialdan rəsm çəkməklə yanaşı ev tikmək üçün də istifadə edilə bilər. O, heç nəyə dəyməyən pullardan özünə ev tikmək qərarına gəlib. Frenk Bakli İrlandiya Mərkəzi Bankına icazə üçün müraciət edib. Bank rəssamın orijinal ideyasını yüksək qiymətləndirib və ona xüsusi icazə sənədi təqdim edilib. Frenk buradakı əskinaslardan ölçüsü 5-15 santimetr olan kərpiclər hazırlama başladı. 

Tikintidə 5, 10, 20, 100 və 200 avroluq köhnə əskinaslardan istifadə edilib. Ümumilikdə isə, tikintidə 1,4 milyard avro pul lazım olub. Hər kərpicə 50 min avroya yaxın pul sərf edilib. Yeni tikilmiş ev yataq, qonaq və hamam otaqlarından ibarətdir. Evdə nəinki divarlar, hətta döşəmə də pul əskinaslarından hazırlanıb. 


Xəbərə aid fotolar